Merkel Trampın dəvətini rədd etdi

12:03 30.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Almaniya kansleri Angela Merkel ABŞ Prezidenti Donald Trampın G7 sammitinə dəvətini rədd edib.

Hafta.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya hökumətinin sözçüsü Steffen Seibert deyib.

"Federal kansler Vaşinqronda iyun ayının sonunda keçirilməsi nəzərdə tutulan G7 sammitinə dəvəti üçün Prezident Trampa təşəkkür edir. Hazırda ümumi pandemiya vəziyyətini nəzərə alaraq, Angela Merkel Vaşinqtona səfərə və bu sammitdə iştirakına razı deyil. Əlbəttə ki, xanım Merkel pandemiyanın inkişaf xəttini izləməyə davam edəcək", - deyə Steffen Seibert qeyd edib.

Oxunma sayı 1745