Bakıda 19 yaşlı oğlan bıçaqlanıb

11:50 02.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda 19 yaşlı oğlan bıçaqlanıb. 

Hafta.az-ın məlumatına görə, paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində naməlum şəxs qəsəbə sakini, 2001-ci il təvəllüdlü E. Şəfiyevə bıçaqla xəsarət yetirməklə onun sağlamlığına ağır zərər vurub. 

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində E.Şəfiyevə xəsarət yetirməkdə şübhəli bilinən Xəyal Bağırov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Oxunma sayı 2085