Dövlətin ayrı-ayrı sahələrə yardım mexanizminə yenidən baxmasına ehtiyac var - Təklif

13:24 01.07.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycanda iyulun 5-dən sonra karantin rejiminin iki həftəlik uzadılması üçün təkliflər var. Fikir ondan ibarətdir ki, karantin rejimi uzadılsın".

Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Operativ Qərargahın keçirilən son brifinqində deyib.
O bildirib ki, Azərbaycan hökuməti koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində vətəndaşlarla mütəmadi münasibətlər qurur: "Dünya miqyasında koronavirusla bağlı vəziyyət heç də ürəkaçan deyil. Qarşıda bütün dövlətləri qeyri-müəyyənlik gözləyir, virusa necə qalib gəlinəcəyinə dair konkret cavab yoxdur. Yoxsulluq, işsizlik, aclıq kimi problemləri koronavirus daha da ağırlaşdırır. Ekspertlərin fikrincə, dünya iqtisadiyyatını 1933-cü ildən bəri görünməyən bir tənəzzül gözləyir. Dünyanın hər bir yerində koronavirus tam aradan qalxmayınca dünyanın başqa bir yerində rahat olmaq mümkün olmayacaq. Müəyyən ölkələrdə açılmalar olandan sonra virusun yayılmasına görə yenidən qapanmalara gedildi".

Maraqlıdır, daha iki həftə karantin rejiminin tətbiqi ölkə iqtisadiyyatı üçün nə vəd edir, ciddi təsirlər olacaqmı?

Bu barədə hafta.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, ilk karantin dövrlərində tətbiq olunan praktika müəyyən mənada vətəndaşlar üçün yaxşı idi, həmin mexanizmə ehtiyac var:

"Əslində birinci dəfə karantin rejimi tətbiq olunanda aprel-may ayları ilə bağlı hökümət tərəfindən müəyyən addımlar atıldı ki, karantinin vurduğu ziyanın bir qismi heç olmasa aradan qaldırılsın. 190 manat məsələsi də vətəndaşlar üşün müəyyəm mənada yaxşı idi. Bu praktika iyun ayında da uzadıldı, ən azından karantin tətbiq olunan zonalarda Bakı, Abşeron, Gəncə, Sumqayıt ərazisində yaşayan vətəndaşlar yararlana biləcəklər.
Amma bizneslə bağlı bu cür paketlər iyun ayının 1-də bitdi. Sahibkarlar çox böyük əziyyətlər çəkirlər. Onlarla bağlı hökümət tərəfindən hər hansı bir addımın atılacağı gözlənilmir, ən azından bununla bağlı müzakirələr də getmir və bu çox ciddi bir problemdir. Əgər karantin müddəti iki həftədə uzadılsa, bu, o deməktir ki, iyun-iyul ayları da qapadılan sahələrdə çalışan sahibkarlar üçün ağır olacaq. Çünkü icarə prablemləri də həll olunmayıb. İcarədarlarla, icarəyə verənlar arasında ciddi problemlər var. Onlar ödənişlərini edə bilmirlər, çox vaxt onlara heç bir güzəşt olunmur. Vergilərlə bağlı iyunun 1-dən müəyyən güzəştlər nəzərdə tutulurdu, indi o güzəştlər də artıq ləğv olundu. Bundan başqa bank kreditləri ilə bağlı heç bir addım atılmadı, əsasən də kiçik və orta sahibkarların kreditlerinin kifayət qədər faizləri hesablanır və onlar kreditlərin qaytarılması ilə ciddi problemlər yaşayacaqlar. İqtisadiyyatında dövriyyəsi aşağı düşür. Bunun üçün dövlət ayrıca paket işləməlidir. Yaxşı olardı ki, dövlət ayrı-ayrı sahələrə yardım mexanizminə yenidən baxsın".

Oxunma sayı 2724