Qəbələdə heç-heçə, Sumqayıtda 3 qol

21:20 19.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 3-cü tura start verilib.
 
Hafta.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
 
Öncə Qəbələdə bu şəhərin eyniadlı komandası “Keşlə” ilə münasibətlərinə aydınlıq gətirib. Tərəflər bu oyundan qolsuz ayrılıblar.
 
“Sumqayıt” isə “Səbail”i qəbul edib. Üç qolun qeydə alındığı görüşdə qələbəni meydan sahibləri bayram ediblər.
 
Azərbaycan Premyer Liqası - III tur
 
"Qəbələ" - "Keşlə" 0:0
Qırmızı vərəqə: N.Raysel, 67 (ikinci sarı).
Qəbələ şəhər stadionu. 
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Cavanşir Yusifov, Rəhim Həsənov.
 
"Sumqayıt" - "Səbail" 2:1
Qollar: S.Əhmədov, 9. Ə.Qurbani, 32 - R.Əliyev, 21.
"Sumqayıt Arena". 
Hakimlər: Orxan Məmmədov, Elşad Abdullayev, Vüqar Bayramov, Rauf Allahverdiyev.
Oxunma sayı 2262