"Beynəlxalq tibbi-sanitariya qaydaları yenidən nəzərdən keçirilməlidir" - Qazaxıstan prezidenti

15:18 24.09.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT Baş Assambleyasının 75-ci sessiyanın Ümumsiyasi debatlarda çıxış edib.

Hafta.az-ın Qazaxıstan səfirliyinə istinadən yazdığına görə, debat iştirakçılara müraciət edərkən, Tokayev qeyd edib ki, BMT-nin 75 illiyi dramatizm və kritik çağırışlarla dolu zəmanədə keçir. Onun fikrincə, əsas problem kimi qlobal iqtisadiyyata zərər vuran koronavirus pandemiyası qalmaqdadır.
Prezident “Yeni dünya” paraqidmasının qurulması ilə bağlı mənəvi borcunun həyata keçirilməsi ilə bağlı fikirləşməyə çağırıb və hazırda bəşəriyyət üçün tarixin dönüş nöqtəsi olması barədə fikrini söyləyib. Onun fikrincə, beynəlxalq ictimaiyyət pandemiya ilə mübarizəyə daha çox səy yetirməlidir.
Prezidentin sözlərinə görə, ilk növbədə, güclü qlobal səhiyyə sisteminin qurulması vəzifəsi inkişafda olan ölkələrdə inkişaf etmiş ölkələr və BMT tərəfindən zamanında və koordinasiyalı dəstəyi vasitəsilə milli institutların və tibbi müəssisələrin modernləşdirilməsini tələb edəcək.
Dövlət başçısı, həm Ümumdünya Səhiyyə Təşkilatının, həm də profilaktika və pandemiyalara qarşı mübarizə sahəsində ayrı-ayrı ölkələrin potensialının gücləndirilməsi məqsədilə Beynəlxalq tibbi-sanitariya qaydalarının yenidən nəzərdən keçirilməsinin vacib olduğunu hesab edir.
Bundan başqa, Kasım-Jomart Tokayev BMT himayəsi altında xəstəliklərə nəzarət və biotəhlükəsizlik üzrə regional mərkəzlərin şəbəkəsinin yaradılması ideyasını diqqətlə nəzərdən keçirtməyi təklif edib. Prezident, bu müəssisələrdən birinin Qazaxıstan ərazisində yerləşdirməyə hazır olduğunu bildirib.
Dövlət başçısı, həmçinin bioloji silah üzərində nəzarət sisteminin hazırlanması və işə salınması aktuallığını qeyd edib və BMT-nin Təhlükəsizlik Şurasına tabe olan xüsusi orqan – Bioloji təhlükəsizlik üzrə beynəlxalq agentliyinin yaradılmasını təklif edib.
Çıxışının ayrı bəndi kimi, 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinin həyata keçirilməsi məsələləri nəzərdən keçirilib. Dövlət başçısının fikrincə, bu istiqamətdə fundamental məqsəd olaraq planetimizdə aclığının tamamilə yox edilməsi durur. Bununla yanaşı, Kasım-Jomart Tokayev bu il dünyada bir çox təsirli insani həmrəyliyi nümunəsini sərgiləyən könüllülərin hərəkatının töhfələrini də qeyd edib.
Prezident mövcud olan nüvə silahının yayılmasının qarşısı alınması və tərksilahlanma böhranına da işarə edib. O, Qazaxıstanın BMT üzv dövlətlərin nüvə silahına sahib olan ölkələrə bəşəriyyətin nüvə faciəsindən qorunması üçün bütün tədbirlərin görülməsi çağırışını dəstəkləyəcəyinə ümidvar olduğunu bildirib.
Prezident Tokayev beynəlxalq miqyasda terrora qarşı mübarizə üçün geniş koalisiyanın yaradılması vacibliyini xatırladıb və bütün ölkələrin terrordan azad dünyaya nail olması üçün davranış məcəlləsinə qoşulmağa dəvət edib.
Dövlət başçısı deyib ki, Qazaxıstan iqtisadi cəhətdən güclü, demokratik cəhətdən inkişaf etmiş və hər vətəndaşın ehtiyacının ödənilməsinə can atan “eşidən dövlətin” yaradılmasında maraqlıdır.
Ümumi debatlarda çıxışını tamamlayarkən, Kasım-Jomart Tokayev vurğulayıb ki, Qazaxıstan daha parlaq və hamı üçün xoşbəxt olan gələcəyin qurulmasına köklənən BMT-yə sadiq üzv olub və sadiq qalmaqdadır.

Oxunma sayı 2179