Son sutkada 58 nəfər COVID-19-a yoluxub, 102 nəfər sağalıb, 2 nəfər vəfat edib

17:19 29.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 58 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 40119 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37827 nəfər müalicə olunaraq sağalıb,590 nəfər vəfat edib, aktiv xəstə sayı 1702 nəfərdir.

Ölkədə son sutka ərzində 5496, hazırkı dövrədək isə 1110279 test aparılıb.

Oxunma sayı 751
Sosial rubrikasından digər xəbərlər