Kürd əsilli muzdluların Ermənistan tərəfdə döyüşdüyü təsdiqlənib-VİDEO

13:07 23.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı ərazilərimizin azad edilməsi ilə bağlı keçirdikləri uğurlu əməliyyatlar zamanı əsir götürülən erməni döyüşçülər açıqlama verib.

Hafta.az-ın məlumatına görə, 2001-ci ildə Ermənistanın Şirak vilayətinin Artik şəhərində anadan olan Mikaelyan Albert Yervandi Ermənistan silahlı qüvvələrində muzdlu kürd dəstələrinin Azərbaycana qarşı döyüşdüyünü etiraf edib. 2019-cu ilin dekabr ayının 19-da hərbi xidmətə çağırıldığını deyən Mikaelyan bildirib ki, o, Gümrü şəhərində xidmətə başlasa da, orada 6 ay “Faqot”dan istifadə etməyi öyrəndikdən sonra kiçik serjant rütbəsi alıb: "Ondan 6 ay sonra mən Martuni şəhərində yerləşən hərbi hissəyə göndərilmişəm, tank əleyhinə tağımda olmuşam. Həmin tağımda müntəzəm olaraq hərbi təlimlər keçirilirdi. Hərbi hissədə müddətli, müddətdən artıq hərbi qulluqçular və kürd əsilli muzdlulardan ibarət 1500 nəfər var idi. Orda muzdlular hər ay 600 dollar pul alırdılar və onlar ancaq öz dillərində danışırdılar. 10-15 nəfərlik dəstələrdən ibarət olan muzdlular yerli şəraiti öyrənirdilər və döyüşə hazırlaşırdılar”.

Əsir düşən erməni hərbiçilərindən biri də qeyd edir ki, o uzun zamandır ailəsi ilə Rusiyaya köçüb. Döyüşlər başlamamışdan əvvəl Ermənistana dönərək vizasının vaxtını artırmaq istəyib, ancaq onu zorla Qarabağa döyüşə yollayıblar. Buna etiraz etdikdə isə, onu həbs edəcəklərini söyləyiblər.

Oxunma sayı 1493
Siyasət rubrikasından digər xəbərlər