"24 oktyabrdan bütün ölkədə sərt qaydalar tətbiq ediləcək" - Baş nazir

17:20 23.10.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
 
"Polşada və Avropada pandemik durum çox ciddidir. Bu gün ən vacib vəzifəmiz koronavirusun yayılma sürətini azaltmaqdır".
Hafta.az yazır ki, bu sözləri Polşanın Baş naziri Mateuş Moravetski deyib. Hökumət başçısı qeyd edib ki, vəziyyət düşünüldüyündən də çətindir, gündəlik yoluxma sayı çox böyükdür. Onun sözlərinə görə, Avropanın bir çox ölkələri ilə müqayisədə, hələlik Polşada vəziyyət nisbətən daha yaxşı sayıla bilər. Artıq xəstəxanalar yarıdolu vəziyyətdədir - 10 min yataq dolub, cəmi 18 min boş yatağımız qalıb. Yoluxma sayındakı artım dinamikası çox narahatvericidir. 
"Acı həqiqətlə üz-üzəyik. Cəmiyyəti narahat və təhdid edən pandemik durumla mübarizə aparmaq üçün, bəziləri bizi tənqid etsə də, əlimizdən gələni edirik. Biz insanların sağlamlığını və həyatını qoruyuruq! İnfeksiyanın artma sürətini azaltmaq üçün bəzi radikal addımlar atmağa məcburuq. Əgər sərhədləri müəyyən mənada bağlamaq, hərəkət məhdudiyyəti tətbiq etmək lazımdır" deyən Baş nazir bildirib ki, bu barədə özümüzdəki günlərdə daha qəti qərarlar veriləcək və ictimaiyyət bu barədə məlumatlandırılacaq.
Hələlik, Polşada tətbiqinə qərar veriulmiş məhdudiyyətlət aşağıdakılardır:
Sabahdan - oktyabrın 24-dən bütün Polşa ərazisində insanların həyatına birbaşa təsir göstərəcək məhdudiyyər tətbiq edilməyə başlanılacaq. Məktəblərdə yeni qaydalar tətbiq olunacaq. Məktəblərdə uzaqdan tədrisə start veriləcək. İctimai nəqliyyat da diqqətdə olacaq: sərnişin sıxlığının qarşısını almaq üçün addımlar atılacaq. Bunun üçün daşınmalarda qaydalar qoyulacaq. Səhər saat 8:00-dan 16:00-dək 16 yaşadək uşaq və yeniyetmələr, yanlarında yaşcda böyük adam olarsa sərnişindaşımadan istifadə edə biləcək. Ölkədəki bütün restoran, bar və kafelər müştəri qəbulu üçün bağlı olacaq. Bu iaşə müəssisələri yalnız sifariş əsasında xidmət göstərəcək və yemək kuriyerlər vasitəsilə evlərə çatdırılacaq. Hələlik, bu qaydanın iki həftə davam edəcəyi qərarlaşdırılıb. Adamların 5 nəfərdən artıq bir yerə toplaşması yasaq olunur. Toplantı, sosial tədbirlər və sair təxirə salınır. Sanatoriyalara qəbul dayandırılır, amma hazırda bu müəssisələrdə olan müştərilər vaxtları başa çatınca orada qala biləcəklər. "Yaşlılara dəstək" proqramına start veririk. Könüllülər və xüsusi əməliyyat qruplarının da dəstəyi ilə, risq qrupunda olan yaşlı insanlar çölə-bayıra çıxmasın deyə, onlara ərzaq, dava-dərman və digər zəruri məhsulları çatdıracağıq. 
"Bütün yaşlı insanlar, xahiş edirəm evdə qalın! Biz sizin qayğınıza qalacayıq!" deyib Baş nazir Mateuş Moravetski. 
Baş nazir deyib ki, ekspertlər COVID-19-u yalnız insanların özlərini təcrid etməsi yolu ilə dayandıra biləcəklərinə inanırlar. Bunun üçün isə dezinfeksiya
tədbirləri, məsafə saxlamaq, maska taxmaq və qapalı durumlarda otaqları maksimum havalandırmaq qaydalarına əməl edilməlidir. 
"Mübarizə davam edir, bu gün daha çətin vəziyyətdə olsaq da, inanıram ki, qalib gələcəyik!" deyib Baş nazir.
Oxunma sayı 2364