Polad Həşimovun adı İstanbulda kitabxanaya veriləcək - FOTO

22:52 30.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu ilin iyulunda Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində hücum cəhdi zamanı şəhid olmuş general-mayor Polad Həşimovun adı İstanbulda əbədiləşdiriləcək.

Hafta.az xəbər verir ki, onun adı Şəhid Adil Doğan adına məktəbin kitabxanasına veriləcək.

Layihə İstanbul Universitetində təhsil alan azərbaycanlı tələbələrin yaratdığı İstanbul Universiteti Qardaşlıq və Həmrəylik Cəmiyyətinin üzvlərinin təşəbbüsü və Beykoz rayon rəhbərliyinin dəstəyi ilə reallaşıb. Kitabxananın açılışı noyabrın 9-da baş tutacaq.

Oxunma sayı 1128