“ Neçə illər Frasa ilə işləyəndən sonra Senatda bir nəfər xeyrimizə səs verdi” - Hafiz Hacıyev

16:53 27.11.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini bəzi dövlətlər həzm edə bilmirlər. ATƏT-in Minsk Qrupunda olan Fransanın hansı addımlar atdığını gördük. Əslində bu, dünyanın, Minsk Qrupunda olan dövlətlərin bizə olan münasibətidir.  Rusiya özü əvvəldən öz sülhməramlılarını Qarabağa gətirmək istəyirdi”.

Bunu hafta.az-a MMP sədri Hafiz Hacıyev Rusiya sülhməramlılarının Qarabağda möhkəmlənməsi və getdikcə də idarəçiliyi ələ almaq cəhdləri ilə bağlı yaranan narahatlıqlarla bağlı açıqlamasında deyib.

MMP sədri bildirib ki, belə bir ərəfədə ideoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır. Partiya sədri bu fikirdədir ki, xarici ölkələrdəki səfirliklərimiz öz işini diaspora, lobbiçilik fəaliyyətini qurmaqla inkişaf etdirməlidirlər.

“Düşünürəm ki, Rusiyanın sülhməramlı adı altında Azərbaycan ərazilərində-Qarabağda, Xankəndində yerləşdirilməsi, yaxud bu adda öz maraqları naminə etdiyi cəhdlər ilk növbədə onların özlərinə müsbət heç nə vəd etmir. Təbii ki, bütün hallarda sülhməramlı harda varsa, o yerdə ölkənin suverenliyi avtomatik pozulmuş sayılır. Lakin Rusiya sülhməramlıları öz maraqlarını təmin edib, Azərbaycanın müstəqilliyini kölgəyə sala bilməz. Təbii ki, Azərbaycan, ölkə ictimaiyyəti buna imkan verməyəcək. Hər halda, biz dekabrın 1-ə, Laçının işğaldan azad olunması günə qədər buna səbrlə yanaşmaqla, dayanmadan diplomatik hücumumuzu təşkil etməliyik”.

H.Hacıyev bildirib ki, belə bir ərəfədə  Rusiyadakı diaspora və lobiçilik fəaliyyətinin düzgün qurulması istiqamətində işlərin görülməsinə ehtiyac var.  Amma onun fikrincə, istənilən keyfiyyətdə diaspora və diplomatiyanın qurulması indiki səfirlik və diplomatlarla mümkün olmayacaq.

“Prezident çox iş görüb. Məmur təbəqəsi də öz öhdəsinə düşəni layiqli şəkildə icra etməlidir. Neçə illər Frasa ilə işləyəndən sonra senatda tək bir nəfər xeyrimizə səs verdi. Demək, biz bu neçə illər ərzində o bir nəfəri yetişdirmək üçün işləmişik. Bizim diasporalar, diplomatlar ermənilərin vandallığını məhz həmin ölkənin ictimaiyyətinin dilindən dünyaya çatdırmağı bacarmalıdır. Bu gün biz sınaq qarşısındayıq, bir-birimizə dəstək verməliyik. Çünki hələ Qarabağı azad etməmişik. Düşmən torpağımızı tərk etməyib. Bayrağımız Qarabağda-Xankəndində dağlanmalıdır”.

 

Oxunma sayı 1301
Siyasət rubrikasından digər xəbərlər