"Azərbaycan xalqı vətəninə bağlıdır və bunun üçün bədəl ödəyib" - Əlcəzair səfiri

15:35 20.01.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Əlcəzairin ölkəmizdəki səfiri xanım Səlimə Abdelhak “Qara Yanvar” anım günü Şəhidlər Xiyabını ziyarət edərək, Azərbaycanın azadlığı uğrunda mübarizədə canlarından keçmiş müqəddəs şəhidlərimizin ruhuna dua oxuyub.
Hafta.az yazır ki, xanım Abdelhak ikinci dəfə iştirak etdiyi anım ziyarəti zamanı, milli mübarizə tariximizin bu şanlı anı ilə bağlı öz fikirlərini bölüşüb. Diplomat deyir: "20 yanvar günü Azərbaycan xalqı 31 il əvvəl Bakıda yaşadığı bir faciəni qeyd edir. Müstəqilliyə yol açan bu tarixi gün, şəhid olan azərbaycanlılara görə “Qara Yanvar” adlanır. Bu gün Azərbaycan xalqı tarixinin bu hissəsini anmaq və şəhid olanlara dua etmək üçün müqəddəs Xiyabanı ziyarət edir. Bu il “Qara Yanvar” şəhidlərinin sırasına “Vətən müharibəsi”ndə şəhid olanlar da əlavə edildi.
Əlcəzair xalqı kimi, Azərbaycan xalqı da vətənlərinə sıx bağlıdır və bunun üçün yüksək bədəl ödəyib. Bu tarixi gündə onlarla birlikdə dururam və bütün şəhidlər üçün dua edirəm. Ruhlarına salam olsun".
Oxunma sayı 1504
Siyasət rubrikasından digər xəbərlər