“Atımı azərbaycanlılar oğurlayıb” deyən erməni biabır oldu

17:05 06.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın Azərbaycanla sərhəd zonasında yaşayan erməni kəndlilərin əsgərlərimizə qarşı iftiraları  bitib-tükənmək bilmir.

Hafta.az xəbər verir ki, bu dəfə Ermənistanın sərhəddəki Tex kəndinin sakini atının azərbaycanlı əsgərlər tərəfindən "oğurlandığını" iddia edib. Lakin onun bu iftirası elə kənd icmasının rəhbərliyi tərəfindən rədd edilib.

Sosial şəbəkədə yayılan açıqlamada bildirilib ki, Qraqat Mesropyanın atı özü sərhəddin Azərbaycan tərəfinə keçib. Hazırda atın geri qaytarılması üçün danışıqlar aparılır.

Qeyd edək ki, bu tip xəbərlər erməni informasiya seqmentinin "ayrılmaz tərkib hissəsi"nə çevrilib.  

 

 

Oxunma sayı 23322