7 kəşfiyyatçı igidimizin Xocavənddə şəhadətə qovuşduğu gün - ƏSİR DÜŞMƏMƏK ÜÇÜN ÖZLƏRİNİ PARTLATDILAR -  FOTO

17:55 06.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün 7 kəşfiyyatçı igidimizin Xocavənddə şəhadətə qovuşduğu gündür. Həmin müqəddəs məkanı şəhid qəhrəmanların yaxınları,doğmaları ziyarət edib yad etmişlər.

Hafta.az xəbər verir ki, bu barədə qazi Aqil Əhmədov sosial şəbəkələrdə paylaşım edib.

"24 ildən sonra bu torpağa ayaq basmaq, qardaşlarımın bu məkanda təslim olmamaq üçün özlərini partlatdıqları-qanlarının torpağa qarışdığı o yerə gəlməyimin mənim üçün nə qədər müqəddəs, bir o qədər də ağrılı olduğunu çatdıra bilmək çox çətindir. Hər anı gözüğün qarşısındadır, məkanı belə təsbit etdiyimdə o anları bütün yaddaşımla sanki zaman həmin zaman idi kii hiss etdim. 24 ildir bu günü görmək üçün dua edirdim. And yerim, müqəddəs torpağım,qardaşlarımla son halallaşaraq təki "Vətən sağgolsun" deyərək şəhadət şərbətini içdiyimiz yer. Ruhunuz şad olsun,qardaşlarım. Var olsun Azərbaycan Ordusu!" - deyə paylaşımda deyilir.

Oxunma sayı 20598
Gündəm rubrikasından digər xəbərlər