Xanım deputatı parlamentdən qovdular - GEYİMİNƏ GÖRƏ

18:49 06.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tanzaniya parlamentinin xanım deputatı Kondester Siçval iclasa sarı köynək, qara şalvar və tuflidə gəlib. Həmçinin saçını sancaqla yığıb. Bu geyim əslində insanların əksəriyyətində heç bir reaksiya doğurmasa da, xanım deputatın həmkarları məsələyə o qədər də loyal yanaşmayıb.

Hafta.az-ın məlumatına görə, Kondester Siçvalla eyni partiyadan olan həmkarı Hüseyn Ömər spikerə müraciət edərək zalda ciddi geyinməyən şəxsin iştirak etdiyini söyləyib. Daha sonra əli ilə həmkarını göstərərək gün eynəyi taxdığını, dar şalvar geyinidiyini əsas gətirərək deputatlar üçün geyim nomalarını pozduğunu deyib. Bundan sona Siçvaldan iclası tərk etmək tələb olunub.

Parlamentdəki qadın deputatlar Kondesterin qovulmasını ədalətli hesab etməyiblər. Məsələ sosial şəbəkələrdə də etirazlara səbəb olub.

Oxunma sayı 10723