Rusiya şirkəti Kəlbəcərlə sərhəddəki qızıl mədənində çalışan fəhlələri təcili təxliyə etdi...

14:10 26.07.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın Kəlbəcər rayonu ilə sərhəddə atəşkəsin mütəmadi olaraq  pozulması və xüsusən gecələr gərginlik yaranması səbəbindən  Zod(Söyüdlü) qızıl mədəninin Ermənistan ərazisində qalan hissəsində işləyən fəhlələr bu gün təcili olaraq  təxliyə edilib.

Hafta.az xəbər verir ki, erməni mediası bu haqda sözügedən mədənin istismarını həyata keçirən Rusiyanın "GeoProMining Gold” şirkətinin mətbuat xidmətinə istinadla məlumat yayıb.

“Sərhəddə ciddi gərginlik yaşandığı, mütəmadi nizamsız atəşlər açıldığını və işçilərin sərhəddəki döyüş mövqelərinə yaxın ərazidə çalışdıqlarını nəzərə alan şirkət rəhbərliyi fəhlələri təxliyə etməyə qərar verdiyini bildirib. İşçilərdən heç biri xəsarət almayıb. Təxminən 150  fəhlə təxliyyə edilib”- xəbərdə belə deyilir.

 

Oxunma sayı 13950