Rusiya ordusu Qarabağda daimi olmalıdır – Terrorçu Araikdən təhlükəli çağırış

14:22 04.08.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

"Region elədir ki, biz təkbaşına təhlükəsizlik və əmin -amanlığı təmin edə bilmərik. Rusiya ordusunun buradakı mövcudluğu müvəqqəti deyil, daimi olmalıdır. Rus qoşunları bölgəyə girməsəydi, taleyimiz başqa cür olardı".

Hafta.az xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə,  bu fikirləri Azərbaycan torpaqlarında müvəqqəti olaraq yerləşmiş Rusiyanın rəsmən sülməramlı sayılan hərbi kontingentinin himayəsində  tör-töküntüləri hələ də bəslənən separatçı-terrorçu erməni rejiminin oyuncaq rəhbəri  Araik Arutyunyan dünən- avqustun 3-də Tərtər rayonunun Ağdərə şəhərindəki ermənilərlə görüşündə bildirib. Separatçı rəhbər həm müharibə dövründə, həm də müharibədən sonra fəal şəkildə müzakirə olunan Ermənistan hakimiyyəti və Xankəndindəki separatçı rejimin xəyanət etməsi mövzusuna da toxunub.  O, səsləndirilən ittihamları və şərhləri “axmaq” adlandırıb. Arutyunyan “heç bir xəyanət və xəyanətkardan söhbət gedə bilməyəcəyini”, sadəcə, "məhdud imkanlara sahib olaraq dünya ilə döyüşdüklərini" iddia edib.

"Kiminsə bizi xilas edəcəyinə ümid etməyin. Biz burada yaşamaqla özümüz-özümüzü xilas edəcəyik" - deyə separatçı boşboğaz çərənləyib. Göründüyü kimi, separatçı-terrorçu erməni tör-töküntülərinin başçısı sərsəm çıxışında özü-özünü təkzib edir. Bir yandan Rusiya hərbi kontingentinin Qarabağda daimi qalmasını arzu edir, digər tərəfdən isə deyir ki, “kiminsə bizi xilas edəcəyinə ümid etməyin”...

Oxunma sayı 8371