“Pakistan, Azərbaycan və Türkiyə təbii müttəfiqlərdir” – Xalid Usman Qayser -  Eksklüziv

16:20 12.09.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gündən başlayaraq Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç qardaş - 2021” birgə beynəlxalq təliminə start verilib. Bu, adından da göründüyü kimi, üç qardaş dövlət arasında birgə müdafiəyəmi işarədir, bəlkə hazırda dünyamızı müəmmalı oyunlara sürükləyən pisniyyətli şər qüvələrə qarşı güc və cəsarət göstərisi?

Pakistanın ölkəmizdəki keçmiş səfiri, böyük diplomat Xalid Usman Qayser Hafta.az-a eksklüziv açıqlamasında bildirdi ki, Azərbaycan, Pakistan və Türkiyə arasında münasibətlər, ortaq dəyərlər, tarix, mədəniyyət, hər kəs üçün heç bir ayrı-seçkilik olmadan işləyən beynəlxalq sistemdəki qayda və inancla xarakterizə olunur. “Bu üç dövlət həmişə dünyada məzlum insanlara dəstək olub, Dağlıq Qarabağın, Cammu və Kəşmirin və sair işğalını pisləyib. Heç şübhə yoxdur ki, bu üç ölkə təbii müttəfiqlərdir. Onların bütün sahələrdə əməkdaşlığı illər keçdikcə artmaqda davam edəcək” deyən diplomat əlavə etdi ki, davam edən birgə hərbi təlimlər bu üç qardaş ölkə arasında münasibətləri təkcə müdafiə sahəsində deyil, həm də iqtisadi, ticarət, infrastruktur quruculuğu, qarşılıqlı investisiyalar, təhsil və mədəniyyət sahələrində beynəlxalq parametrlər çərçivəsində daha da gücləndirmək arzusunun təzahürüdür.

“Sözügedən təlimlərin heç bir ölkəyə qarşı deyil və eyni zamanda heç bir ölkənin də onlara hücum etməsinə, zərər verməsinə icazə verməyəcəyini göstərən məqsəd daşıyır. Hərbi təlim, Pakistan, Azərbaycan və Türkiyənin artan qarşılıqlı əməkdaşlığı, suverenliyinə və ərazi bütövlüyünə qarşı hər hansı problem yaranacağı təqdirdə əl-ələ verəcəyinin ifadəsidir. Üç ölkənin rəhbərlərinin uzaqgörən olduğuna inanıram və yüksək koordinasiyanı qorumaq üçün bütün səylərini göstərəcək, əməkdaşlığımızı daha da gücləndirmək üçün mümkün olan bütün tədbirləri görəcəklər”, - deyib Pakistanın Azərbaycandakı keçmiş səfiri Xalid Usman Qayser.

Oxunma sayı 4644
Siyasət rubrikasından digər xəbərlər