İrəvanın Respublika meydanında Türkiyə yük avtomobilləri peyda oldu...-FOTO-VİDEO

18:15 15.09.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Dünən, sentyabrın 14-də Ermənistanın müstəqilliyinin 30-cu ildönümü ilə bağlı sentyabrın 21-də keçiriləcək tədbirlərlə əlaqədar təşkilati işlər zamanı İrəvanın Respublika meydanında Türkiyə yük maşınları peyda olub.

Hafta.az xəbər verir ki, NEWS.am saytı bu gün məsələyə aydınlıq gətirib.

Nəzərdə tutulan tədbirdəki layihənin prodüseri olan "Domino Production" un qurucusu Aşot Arakelyan erməni müxbirlərə açıqlamasında bildirib ki, yük maşınları doğrudan da Türkiyəyə məxsusdur, amma içərisindəki yüklər Almaniyadan gətirilib.

"Bu, bir Almaniya şirkətinin çəkiliş sistemidir; yalnız Almaniyada belə bir sistem var. Tədbir zamanı istifadə olunması üçün sifariş etmişik. Almanlar sistemi çatdırmaq üçün bir ekspeditor şirkətinə üz tutdular və o, Ermənistana Türkiyə üzərindən gəldi. Bu, qanun pozuntusu deyil. Burada türk məhsulu yoxdur. Bütün bunlar yalandır" -deyib A.Arakelyan.

Xəbərdə o da qeyd edilir ki, Mika Badalyan adlı bloger teleqram-kanalında İrəvandakı Respublika Meydanında Ermənistanın Müstəqillik Gününü qeyd edərkən istifadə ediləcək avadanlıqların Türkiyə maşınından necə boşaldıldığını göstərən bir video yayımlayıb. Görüntülərə görə, sözügedən yük maşınının Türkiyənin tanınmış "Öztürk Özkan" şirkətinə məxsus olduğu məlum olur. Erməni bloger Türkiyə avtomobilinin İrəvana gəlməsindən hiddətlə danışır.

Oxunma sayı 1964