Əsgərimizi rus sülhməramlıları VURUB? - İDDİA

17:18 15.10.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Bizim media erməni silahlılarının Azərbaycan ərazisində törətdiyi cinayətlərlə bağlı informasiyaları  araşdırmalı, ölkədə və dünyada ictimai fikri düzgün formalaşdırmaq üçün analitik yazılara önəm verməlidir. Dünya ictimaiyyətini Azərbaycan həqiqətləri barədə çox eşitməli, bilməlidir və bu istiqamətə medianın üzərinə böyük missiya düşür”

Bunu hafta.az-a Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz erməni silahlılarının Azərbaycanda törətdiyi hərbi cinayəti, terroru nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqanın  şəhid olması və erməni mətbuatının yaydığı yalanlara qarşı Azərbaycan mətbuatının hansı addımları atması ilə bağlı açıqlamasında bildirib.

Y.Oğuz bildirib ki, erməni silahlılarının törətdiyi hərbi təxribatlar, erməni mətbuatının bunun fonunda yaydığı yalanlar təkcə dünənin hadisəsi deyil,   bu, zaman-zaman təkrar olunur. Y.Oğuz Kəlbəcərdə də ermənilərin belə bir təxribat törətməsini xatırladaraq, bu hadisənin bir gün qabaq  Moskvada Azərbaycan, Rusiya Ermənistanın dini rəhbərlərin görüşü ərəfəsində törədilməsinə diqət çəkib.

“Ermənilər dünyaya göstərmək istəyirlər ki, Qarabağda ordu var, münaqişə var və bunu beynəlxalq səviyyəyə çıxarmaq istəyirlər. Fakt budur ki, Qarabağ münaqişəsi bitib və artıq dünya Zəngəzur dəhlizinin açılmasına, sərhədlərin delimitasiya və demorkasiyasına fokslanıb. Regionda maraqlı olan qüvvələr böyük sazişin imzalanmasının qarşısını almağa çalışırlar. Belə təxribatlar olsa da, müvəqqətidir, çox uzun sürə bilməz”.

Y.Oğuz hesab edir ki, bu kimi hadisələrin kökündə sülhməramlıların da məsuliyyəti var.

“Əgər sülhməramlılar 10 noyabr sazişinə əməl edə bilmirlərsə ərazidən çıxmalıdır və dövlətimiz də bu tələblə çıxış etməlidir. Əgər sülhməramılar erməni silahlılarını ərazidən çıxarmaq istəmirlərsə, o zaman  Azərbaycan antiterror əmliyyatı keçirməli,  erməni yaraqlıları hamısı Ermənistana göndərilməlidir”.

Y.Oğuz bildirib ki, hətta dünən Azərbaycan əsgərinə o gülləni atanın kimliyi bilinməsə də, cinayətkar öz cəzasını almalıdır.

“Ola bilər ki, bunu rus sülhməramlıları edib. Çünki ruslar da burda gərginliyin qalmasında maraqlıdır. Çünki gərginlik nə qədər çox olarsa, Rusiya sülhməramlıları da bir o qədər çox regionda qalacaq.  Bəlkə bunu sülhməramlılar edib. Bunu araşdırmaq lazımdır”.

Oxunma sayı 3502