Ata yemək yemədiyi üçün 1 YAŞLI QIZINI YUMRUQLA ÖLDÜRDÜ

16:36 23.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yemək yemədiyi üçün atası Mehmet Yılmazın (30) yumruqladığı 1,5 yaşlı Elif Hazal Yılmaz müalicə aldığı xəstəxanada 4 günlük həyat mübarizəsindən sonra dünyasını dəyişib. Nəzarətə alınan Mehmet Yılmaz tutularaq həbsxanaya göndərilib.

Hafta.az xəbər verir ki, hadisə oktyabrın 19-da Türkiyənin Güneykent məhəlləsində baş verib. Bir ay əvvəl uşaq dünyaya gətirən Duyğu Yılmaz (27) xəstəxanada müalicə olunan körpəsini ziyarətə gedib, həyat yoldaşı Mehmet Yılmaz isə qızı Elif Hazalla evdə qalıb. Mehmet Yılmaz ac olduğunu düşündüyü qızı Elifi qidalandırmaq istəyib. Ancaq Elif yemək yeməyib. Bundan qəzəblənən Mehmet Yılmaz qızına yumruq atıb. Yerə yıxılan Elif Hazal hərəkətsiz qalanda Mehmet Yılmaz həkim çağıraraq qızının yıxıldığını bildirib.

Kiçik qız təcili yardımla xəstəxanaya aparılıb. Reanimasiya şöbəsində müalicə olunan Elif Hazal Yılmazı səhərə doğru həkimlərin bütün səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma başlatan polis qrupları Mehmet Yılmazı nəzarətə götürüb. Polis idarəsində sorğu-sual zamanı qızına yumruq atdığını etiraf edən Yılmaz “Qızıma yemək yeməsi üçün masa açdım. Amma qızım yemək yemədi və çörəyi yerə atdı" deyib.

Oxunma sayı 5860