Nazarbayevin kiçik qızının xaricdəki sərvətinin həcmi açıqlanıb

11:50 10.01.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Qazaxıstanda daxili vəziyyət gərgin olaraq qaldığı bir zamanda "Sunday Telegraph" yayımladığı məqalədə Nursultan Nazarbayevin Londonda yaşayan qızının mübahisəli sərvətinə toxunub.
 
Hafta.az-ın məlumatına görə, Nazarbayevin 41 yaşlı kiçik qızı Aliya Nazarbayevanın 2006-cı ildə Londonda yaşamaq izni almaq məqsədilə 8,75 milyon funtsterlinq (11,8 milyon dollar) dəyərində malikanə aldığı üzə çıxıb. Xəbərə görə, A.Nazarbayeva Qazaxıstandan ümumilikdə 312 milyon dollar çıxarıb.
Onun eyni zamanda, Dubayda isə 14 milyon dollara ev və 24,4 milyon dollara "Bombardier Challenger" özəl təyyarəsi aldığı bildirilir. Bəzi qazax şirkətlərindəki paylarını sataraq 325 milyon dollar əldə edən Nazarbayevaya aid bu məlumatların, onun iki sözçüsü arasında çıxan anlaşılmazlıqdan sonra yayıldığı bildirilir. 
Oxunma sayı 4039