Rusiya Azərbaycan və Türkiyəni KTMT-yə dəvət edir - MOSKVADAN ÇAĞIRIŞ

19:02 13.01.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Təəssüflə qeyd etmək lazımdır ki, Rusiyada super nüfuzlu erməni diasporu var. Milonov da Zatulin kimi erməni icmasından güclü dəstək alır. Və nə Milonov, nə də Zatulin heç bir repressiyaya məruz qalmır. Görürsünüz ki, Azərbaycan tərəfdarları erməni diasporu tərəfindən necə təzyiqlərə məruz qalırlar. Dövlət Dumasına çoxlu erməni maraqlarının lobbiçiləri daxil oldu. Təəssüf ki, belədir. Üstəlik, rus əsgərlərinin erməni maraqları naminə Qarabağa döyüşməyə getməsini təmin etməyə çalışırlar. Budur onların planı.

Hafta.az xəbər verir ki, bu fikirləri rusiyalı politoloq Sergey Markov səsləndirib.

Onun sözlərinə görə, Rusiya Azərbaycanla münasibətləri gücləndirməlidir. Ermənistanla müttəfiqlik Moskvaya az şey gətirir:

"Azərbaycan iqtisadiyyatı baxımından böyük ölkədir. Hesab edirəm ki, Rusiya Ermənistana münasibətini düzəltməlidir. Vladimir Putinin təmsil etdiyi siyasi rəhbərlik bununla tam razıdır. İkinci Qarabağ müharibəsi zamanı kütləvi informasiya vasitələri obyektiv mənzərə nümayiş etdirməli olduğu barədə göstəriş verən də məhz Vladimir Putin idi.

Bundan əlavə, Rusiya 10 noyabr tarixli müqavilənin imzalanmasına köməklik göstərib, ona əsasən, Şuşanın alınmasından sonra Xankəndidəki erməni qrupunun blokadaya salınması və məhv edilməməsi müqabilində işğal olunmuş ərazilərin 30 faizi dinc yolla Azərbaycanın nəzarətinə qaytarılıb.

Mən də əminəm ki, Azərbaycanın müttəfiqi olan Türkiyə ilə münasibətləri inkişaf etdirmək Rusiya üçün strateji baxımdan faydalıdır. KTMT son zamanlar özünü yaxşı tərəfdən göstərdi, hesab edirəm ki, həm Azərbaycan, həm də Türkiyə yəqin ki, KTMT-də assosiativ üzvlük statusu haqqında düşünməlidir".

Oxunma sayı 2329