Rusiya Ermənistanı SİLAHLANDIRMAĞA BAŞLAYIR - DETALLAR AÇIQLANDI

15:42 25.01.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ermənistana çox sayda yardım proqramları var. Bunlar, xüsusən, ordusunun müasir tipli silah və hərbi texnika ilə təchiz edilməsi ilə bağlıdır.

Hafta.az xəbər verir ki, bunu yanvarın 25-də İrəvan-Moskva telekörpüsü zamanı KTMT-nin keçmiş baş katibi Nikolay Bordyuja bildirib.

Onun sözlərinə görə, bütün bu proqramlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində həyata keçiriləcək. Bordyuja xatırladıb ki, hazırda Ermənistan ordusunun arsenalında olan bir çox növ hərbi texnika Rusiyadan pulsuz hərbi yardım kimi alınıb. KTMT-nin keçmiş baş katibi qeyd edib:

"Onlar həmçinin subsidiyalaşdırılmış daxili qiymətlərlə, o cümlədən Rusiyanın kredit fondları ilə alınıb".

Oxunma sayı 2435