Ərdoğandan Putinə xəbərdarlıq - ƏKS HALDA TÜRKİYƏ ÖHDƏLİKLƏRİNİ YERİNƏ YETİRƏCƏK

18:20 27.01.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Ukraynaya müdaxiləsi halında Türkiyə NATO çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə davam edəcək.

Hafta.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin NTV telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, hazırda Ankara mövcud böhranın dialoq və diplomatiya yolu ilə həllini tapmağa ümid edir.

“Biz Rusiya və Ukraynanı konstruktiv və təmkinli davranmağa çağırmaqda davam edirik. Amma Türkiyə NATO-ya üzvlük tələblərini yerinə yetirəcək”, - Ərdoğan bildirib.

O əlavə edib ki, Türkiyə əvvəldən Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyib.

“Rusiyanın Ukraynanın ərazi bütövlüyünü pozmağa yönəlmiş addımlarına, xüsusən də Krımın ilhaqına qarşı açıq mövqe tutmuşuq”, - deyə Ərdoğan bildirib.

Oxunma sayı 2813
Siyasət rubrikasından digər xəbərlər