Putinin "hərbi jurnalistin"dən ETİRAF - BİR ADDIM DA İRƏLİLƏYƏ BİLMİRİK..."

17:13 10.05.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukraynada rus işğalçılarının özləri ilə birlikdə apardıqları ilk jurnalist olan Kremlin təbliğatçısı Aleksandr Sladkov Rusiya ordusunun Donbasda irəliləyişinin demək olar ki, dayandığını bildirib. Müharibə müxbiri kimi adından söz etdirən “Rossiya-1” televiziyasının müxbiri Sladkov bazar ertəsi axşam paylaşdığı videoda Ukrayna və rus əsgərlərinin əlbəyaxa döyüşdüyü Donbasda işğalçıların hələ də yerində saydığını etiraf edib.

Hafta.az xəbər verir ki, Vladimir Putinin “xüsusi hərbi əməliyyat” adlandırdığı işğalın biabırçı qərarsızlıqla davam etdiyini bildirən rus təbliğatçısı rus qoşunlarının ukraynalıları cəbhə xəttindən sıxışdırıb çıxara bilməyəcəyini bildirib.

Müharibəni Rusiyanın rəsmi kanalı üçün izləyən Aleksandr Sladkovun əvvəlki yayımlarından fərqli olaraq, onun son videosunda nitq tonunun dəyişdiyi müşahidə edilib.

Maraqlıdır ki, Rusiya mətbuatında digər məşhur təbliğatçılar da rus ordusuna qarşı tənqidləri artırıblar. Kremlin mediada ən güclü səslərindən biri olan Vladimir Solovyov Ukraynadakı işğalçı qoşunlara silah çatdırılmasının uzadılmasını biabırçılıq kimi qiymətləndirib.

Rusiya televiziyası tərəfindən tez-tez ekranlara çıxarılan istefada olan polkovnik Mixail Xodaryonok bildirib ki, hərbi texnikanın olmaması və yeni çağırışçılarladöyüşlərin taleyini dəyişmək mümkün deyil.
Britaniyanın Daily Mail qəzeti hətta Rusiyanın rəsmi mediasının Donbasdakı vəziyyəti açıq şəkildə tənqid etdiyini yazıb.

İşğal bitməmiş paytaxt Kiyevdən geri çəkilməli olan Rusiya ordusu 2014-cü ildən bəri atışmaların dayanmadığı Donbasın diqqət mərkəzində olacağını rəsmən açıqlayıb. Kiyev və Çerniqovdan çıxarılan rus qoşunlarının çoxu Donetsk və Luqanskda separatçıların nəzarətində olan bölgələrə yerləşdirilib və Moskva üçün işğalın ikinci mərhələsi başlayıb.

ABŞ-ın yüksək rütbəli rəsmisi də Sladkovun dediklərini təsdiqləyən açıqlamalar verib. ABŞ rəsmisinin sözlərinə görə, həftələr keçdi və Rusiya işğalçı qoşunları Donbasda möhkəmlənə bildilər. ABŞ rəsmisi Donbasda logistika probleminin həll olunmadığını, bəzi rus əsgərlərinin əmrlərə tabe olmaqdan imtina etdiyini, yaz palçığı səbəbindən rus qoşunlarının ancaq asfalt yollardan istifadə edə bildiyini və artilleriya atəşi altında irəliləyə bilməyəcəyini bildirir.

Son iki ay yarımda Ukraynada ən azı 15 min əsgərini itirən Rusiya ordusu cəbhə xəttindən daha bir bəd xəbər alıb. Rusiya ordusu da mayın 9-da Ukraynada qırxıncı polkovnikini itirib.

Mart ayında öldürülən polkovnik Aleksandr Blinovun ölümü indiyədək təkzib edilsə də, 42 yaşlı harbiçinin Rusiyanın Volqoqrad şəhərindəki məzarı şübhələri aradan qaldırıb.

Oxunma sayı 6039