Almaniyada azərbaycanlı həkimlər BU QƏDƏR MAAŞ ALIR - 20 DƏFƏYƏ YAXIN FƏRQ

11:41 12.05.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Hazırda Azərbaycanda həkimlərin aldığı əməkhaqqı ilə xaricdə fəaliyyət göstərən tibb işçilərinin əməkhaqqında təxminən 20 dəfə fərq var.

Bu fikirləri hafta.az-a Sosial Strateji Tədqiqatlar Birliyinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli deyib:

“Məsələn, Azərbaycanda 500 manat alan gənc həkim Almaniyaya gedib müvafiq imtahandan keçdikdən sonra dərhal onları 5000 avro əməkhaqqı ilə işə götürürlər. Təxminən aylıq əməkhaqqı 10000 AZN-dir. Həmin vəsaitin təxminən 3 min manatı vergilərə, kirayə ödənişlərinə, yaşam xərclərinə gedir. Belə olan halda təbii ki, gənc həkim Azərbaycanda deyil, Almaniyada işləməyə üz tutacaq”.

Almaniya mediasının araşdırmasına görə, təkcə bu ölkədə ötən ilin əvvəlində 1028 nəfər azərbaycanlı həkim çalışıb. İki il öncə həmin göstərici 877 nəfər olub. Deməli, bir ildə Almaniyada çalışmağa başlayan azərbaycanlı həkimlərin sayı daha 150 nəfərə yaxın çoxalıb.

Oxunma sayı 3419