Avropada yayılan "Meymun çiçəyi" virusu RUSİYANIN BİOLOJİ SİLAHIDIR

17:35 21.05.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əvvəllər mərkəzi və qərbi Afrika ölkələrində görünən, hazırda Avropa ölkələrində sürətlə yayılmaqda olan "Meymun virusu" ilə bağlı şok məlumat üzə çıxıb.

Hafta.az-ın yazdığına görə, bioloji silahlar üzrə mütəxəssis Kolonel Kanat Alibekov bildirib ki, "Meymun virusu" Rusiyanın bioloji silah laboratoriyasında hələ 30 il əvvəl hazırlanıb. O, qeyd edib ki, ruslar həmin silahın təsirini öyrənmək üçün 1990-cı illərin əvvəllərində Afrikada sınaqdan keçiriblər. 

Keçmiş SSRİ-nin bioloji silah uzmanı Alibekovun sözlərinə görə, Rusiyanın əlində hansı virusdan nə vaxt və hansı formada istifadə etməyə dair proqram mövcuddur. 

"Bu səbəbdən də Rusiyada çiçək xəstəliyi yerinə hansı "model" virusdan istifadə edəcəyinə dair proqram hazırlanıb. Vaxtilə çiçək xəstəliyi üçün model olaraq "aşı virusu", "siçan çiçəyi", "dovşan çiçəyi" və "meymun çiçəyi" viruslarını sınaqdan çıxarmışıq. O vaxt belə bir fikir hakim idi ki, bütün növ bioloji silahları məhz bu model viruslardan istifadə edərək hazırlamaq olar. Bir sıra müsbət nəticə qazandıqda, çiçək xəstəliyi virusu ilə eyni manipulyasiyaları etmək və müharibə agentini hazırlamaq üçün sadəcə iki həftə bəs edirdi. Rus bioloji silah cəbbəxanasında geni dəyişdirilmiş sadəcə bir çiçək xəstəliyi virusu var", - Alibekov deyib.

Mütəxəssis bildirib ki, o vaxt dünya alimləri çiçək xəstəliyini sağaldan aşı hazırladıqdan sonra Moskva bu seriyadan virus yetişdirməyi dayandırmağa məcbur qaldı. 

Alibekov qeyd edib ki, SSRİ dağıldıqdan sonra Rusiya Müdafiə Nazirliyi "gələcəyin bioloji silahlarını yaratmaq" üçün "meymun çiçəyi" variantı ilə işinə davam edib.

Oxunma sayı 4327
Siyasət rubrikasından digər xəbərlər