Yazını böyüt
Yazını kiçilt
1990-cı il qanlı 20 yanvar hadisələrinin əsas baiskarı, SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçova ağır böyrək xəstəliyi diaqnozu qoyulub. Keçmiş siyasətçi hemodializə getməli olur.
Hafta.az xəbər verir ki, bu barədə Mash Telegram kanalı yazır.
Artıq bir ilə yaxındır ki, həkimlər keçmiş baş katibi müşahidə edirlər. 91 yaşlı Mixail Sergeeviçin vəziyyəti vaxtaşırı pisləşir, lakin heç kim dəqiq diaqnozlar barədə danışmır. Bir müddət əvvəl Qorbaçov hemodializ üçün Moskva xəstəxanasına aparılmağa başlanılıb. Bundan əlavə, o, vaxtaşırı qan təmizlənməsindən keçir.