Putinin Ukraynadan sonra növbəti hədəfi - RUS OLİQARX AÇIQLADI

15:24 20.06.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Fevralın 24-də Putinin göstərişi ilə başlayan müharibə ölkənin şərq bölgələrində qızışarkən, 'Rusiyanın növbəti hədəfi' ilə bağlı alovlu bir iddia ortaya çıxıb. Mühacirətdə olan rusiyalı oliqarx Mixail Xodorkovski Putinin Ukraynaya müdaxiləsinin uğur qazanacağı təqdirdə növbəti hədəfinin nə olacağını açıqlayıb.

Hafta.az bildirir ki, Donbasa nəzarəti təmin etmək üçün demək olar ki, bütün gücü ilə Ukraynanın şərqinə hücum edən rus qoşunları Ukrayna qüvvələrini geri itələməyə davam edərkən, mühacirətdə olan rus oliqarx Mixail Xodorkovski növbəti proseslə bağlı təəccüblü iddialar səsləndirib.

“Financial Times” qəzetinə danışan Xodorkovski Putinin Ukraynaya müdaxiləsi uğur qazanacağı təqdirdə növbəti hədəfinin nə olacağını açıqlayıb.

Vaxtilə Rusiyanın ən varlı adamı olan Xodorkovski xəbərdarlıq etmişdi ki, Putin ölkədəki daxili problemlərə həll yolu tapmaq üçün NATO ilə müharibəyə başlaya bilər.

Xodorkovski vurğulayıb ki, Putin Donbas bölgəsini ələ keçirmək məqsədinə çatarsa, qərblə münaqişənin gərginləşməsi təhlükəsi ciddidir.

Xodorkovskinin xəbərdarlığının NATO-nun baş katibi Stoltenberqin Ukraynada müharibə elan etməsindən dərhal sonra gəlməsi diqqətdən yayınmayıb.

Dünən Almaniya mətbuatına açıqlama verən Stoltenberq açıqlamasında bu açıqlamaları verib;
“Biz müharibənin illərlə davam edə biləcəyinə hazırlaşmalıyıq. Biz Ukraynaya dəstəyi dayandırmamalıyıq. Biz Ukraynanı təkcə hərbi dəstək üçün deyil, hətta xərclər yüksək olsa belə, enerji və ərzaq qiymətlərinin artmasına görə dəstəkləməliyik”.

Ukrayna ordusuna ən müasir silahların verilməsinin Donbas bölgəsini Rusiyanın nəzarətindən azad etməyə kömək edə biləcəyini vurğulayan baş katib son açıqlamasında bildirib ki, NATO Sammitində Ukraynaya yardım paketi ilə bağlı razılaşma gözlənilir. İspaniyanın paytaxtı Madriddə ay sonunda keçiriləcək.

Digər tərəfdən, Britaniya ordusunun yeni Baş Qərargah rəisi general Ser Patrick Sanders İngilis əsgərlərinə "Avropada döyüşməyə hazır olun" mesajını verib.

Sanders, Rusiyanın Ukraynaya təcavüzünün 'yeni bir təhlükəsizlik dövrünə' yol açdığını vurğulayan bəyanatında, aşağıdakı ifadələrə yer verib:

“İndi müttəfiqlərimizlə bərabər döyüşmək və döyüşdə Rusiyanı məğlub edə biləcək Ordunun formalaşdırılması imperativi var”.

Əvvəllər Şimali İrlandiya, Kosovo, İraq və Əfqanıstanda əməliyyatlara komandanlıq etmiş 56 yaşlı Sanders “Biz hərbçiləri Avropada döyüşmək üçün yenidən hazırlamalı olan nəsliyik” deyib.

İngilis komandiri Ordunun modernləşdirilməsi planlarını sürətləndirəcəyini və böhranlara daha tez cavab vermək üçün xaricə daha tez-tez yerləşdirməyi vəd edib.

Ölkə mediası Sandersin xəbərdarlığının Baş Qərargah rəisi olduqdan sonra verdiyi ilk açıqlama olduğuna diqqət çəkib.

Rusiyanın keçmiş neft maqnatı Mixail Xodorkovski 2003-cü ilə qədər Rusiyanın ən varlı adamı sayılırdı.

Siyasi səbəblərə görə Putindən ayrılan oliqarx maliyyə ittihamları ilə üzləşib və 9 il müddətinə azadlıqdan məhrum edilib.

2013-cü ildə həbsdən çıxan Xodorkovski o vaxtdan bəri Kreml və Putini tənqid etməsi ilə diqqət çəkir.

Rusiyalı oliqarx 2015-ci ildən İngiltərənin paytaxtı Londonda yaşayır.

Oxunma sayı 4496