Putindən dünyanı qorxuya salan "ŞEYTAN 2" HƏMLƏSİ - AVROPA PAYTAXTLARININ HAMISI...

17:03 21.06.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukraynada müharibə tam sürətlə davam edərkən, Rusiya lideri Putindən hədə-qorxu kimi bir addım gəlib. Hafta.az xəbər verir ki, Rusiya prezidenti Putin Qərbi qorxudan bəyanata imza atıb.

“British Express” qəzetində yer alan xəbərə görə, Putin “Satan 2” (Şeytan 2) də adlandırılan SARMAT hipersəs raketinin istifadəyə veriləcəyi tarixi açıqlayıb.

Rusiya lideri SARMAT qitələrarası ballistik raketlərinin ilin sonuna kimi istifadəyə veriləcəyini açıqlayıb.
“Biz mümkün hərbi təhdidləri və riskləri nəzərə alaraq silahlı qüvvələrimizi inkişaf etdirməyə və gücləndirməyə davam edəcəyik”, - deyə Putin bildirib.

Rusiyanın paytaxtı Moskvadan buraxılan "Satan 2" raketləri İngiltərənin paytaxtı Londona çata biləcək mənzilə malikdir.

Yəni Rusiya çəkindirici güc çərçivəsində sözügedən raketlə bütün Avropa paytaxtlarını vurmaq gücünə çatır.

ABŞ mətbuatının yazdığına görə, ABŞ-da da raketin uçuş məsafəsi daxilindədir. Sistem həmçinin nüvə başlıqlarını da qəbul edə bilər.

Satan 2-nin İkinci Dünya Müharibəsi zamanı ABŞ-ın Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atdığı atom bombalarından 2000 dəfə güclü olduğu bildirilir.

Çünki raketin ən azı 10 nüvə başlığına sahib ola biləcəyi məlumatlar arasındadır.

Kremlin təbliğat sözçüləri Rusiya televiziyasının ən çox baxılan proqramlarından birində infoqrafika ilə Avropanın 200 saniyəyə məhv ola biləcəyi ilə bağlı Nüvə təhlükəsi səsləndirmişdilər.

İngiltərə mətbuatında yer alan xəbərə görə, ABŞ-ın Soyuq Müharibə dövründə başladığı və təxminən 200 milyard dollara başa gələn müdafiə sistemi Rusiya raketlərini dayandıra bilir.

Sözügedən raket Rusiya prezidenti Vladimir Putinin təriflədiyi yeni nəsil rus silah texnologiyasının bir hissəsidir.

Putin 2018-ci ildəki çıxışında hipersəs raketlərinin dənizdə və quruda 1000 kilometr məsafədəki hədəfləri vura biləcəyini açıqlamışdı.

Raketi “dayanılmaz” və “məğlubedilməz” kimi xarakterizə edən Putin, onların yeni silahları ilə dünyanın demək olar ki, istənilən nöqtəsini vura biləcəklərini və ABŞ istehsalı olan raket qalxanından qaça biləcəklərini təkid edir.

Oxunma sayı 3521