Putinə qara xəbər - ORDUNUN YARISI...

17:20 22.06.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın Ukraynanı işğal etmək cəhdinin dördüncü ayı başa çatdığı bir vaxtda müharibə düyünü ilə bağlı əsas şəhərlər rus işğalçıları tərəfindən şiddətli bombardman edilir. Ukraynanın şərqindəki Donbasdakı Severodonetskə nəzarəti böyük ölçüdə ələ keçirən Rusiya ordusu indi Severodonetskin qardaş şəhəri Lisiçanskı döyüş təyyarələri ilə bombalayır.

Hafta.az xəbər verir ki, AFP-nin şəhərdəki müxbirləri bildirirlər ki, Rusiya hücumları nəticəsində polis məntəqəsində böyük bir dəlik açılıb və ətrafdakı binalara ziyan dəyib.

Luqansk vilayətinin qubernatoru Sergey Hayday sosial media hesabında yazıb ki, rus işğalçıları Lisiçanskda hər şeyi məhv ediblər. Qubernator Hayday deyib: “Onlar binaları dağıtdılar və təəssüf ki, itkilər var".

Rus işğalçıları Severodonetsk və Lisiçanskı əsas hədəf kimi qoyublar. İki şəhərin süqutu Rusiyanın bütün Luqansk üzərində nəzarəti demək olardı.

ABŞ-da yerləşən Müharibə Araşdırmaları İnstitutu (ISW) son qiymətləndirməsində bildirir ki, rus qoşunları Lisiçanskın cənubundan uğurla irəliləyib. ISW-nin məlumatına görə, ruslar Severodonetskdən Lisiçanska birbaşa hücumdan yayınırlar.

Rus işğalçılarının gələn həftə Lisiçanskın ətrafına çata biləcəyini qeyd edən ISW, Severodonetskə üstünlük verildiyi üçün İzyum-Slavyansk xəttindəki hücumların gerilədiyini bildirdi.

İngilis kəşfiyyatının bu səhər yaydığı məlumat qeydində rus əsgərlərinin şimalda İzyum, cənubda isə Popasnadan irəliləyərək Severodonetski mühasirəyə almağa çalışdığı bildirilib. İngilislərin fikrincə, ruslar Donbasdakı döyüşə çoxlu sayda ehtiyatda olan hərbçiləri göndərə bilərdi.

Ukraynaya hücumdan iki gün əvvəl Vladimir Putin tərəfindən müstəqilliyini tanıyan Donetsk Xalq Respublikası müharibədə indiyədək 2 min 128 əsgərinin öldüyünü açıqlayıb. Yaralıların sayı isə 9800 nəfərdir.

Bu rəqəm Britaniya kəşfiyyatının məlumatına görə, Donets Xalq Respublikasının milis ordusunun yarısının öldürüldüyünü və ya yaralandığını göstərir.

Donbas bölgəsinin Luqansk və Donetskdən ibarət bir hissəsi 2014-cü ildə başlayan münaqişədən sonra rusiyayönlü separatçıların nəzarətinə keçib.

Rusiyanın paytaxtı Moskvada da “Donetsk Xalq Respublikası” gündəmdədir. Moskva meri ABŞ səfirliyinin qarşısındakı adı açıqlanmayan meydana Donetsk Xalq Respublikası adını verdiklərini açıqlayıb. Meydana veriləcək ad üçün onlayn səsvermə keçirilib.

Oxunma sayı 13774