Rusiya hərbçilərini Qarabağdan BU HALDA ÇIXARACAQ

18:18 26.06.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

“Rusiyanın rəsmi mövqeyi ondan ibarətdir ki, Qarabağ problemi bağlanmayıb, əks halda bizim sülhməramlılarımız orada nə edir, hansı funksiyanı yerinə yetirirlər. Nə qədər ki, Rusiya sülhməramlıları oradadır, problemi bağlamaq olmaz”.

Hafta.az xəbər verir ki, bu iddia ilə rusiyalı politoloq Aleksandr Skakov çıxış edib.

Politoloq qeyd edib ki, gələcəkdə Azərbaycan tərəfinin Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinin uzadılmasına razılığı müxtəlif yan amillərdən asılıdır.

O xatırladıb ki, üçtərəfli sazişə əsasən, sülhməramlı missiya tərəflərdən birinin tələbi ilə istənilən vaxt dayandırıla bilər.

“Prinsipcə, Azərbaycan bu missiyanın sonunu gözləməyə bilər. Amma düşünürəm ki, o, bunu etməyəcək, dözəcək və sərt desək, bu, onun maraqlarına uyğun deyil. 2-3 ildən sonra nə baş verəcəyi isə Rusiyanın özündəki vəziyyətdən, Qərblə münasibətlərindən, həmçinin Ukraynadakı vəziyyətdən asılı olacaq”.

Əgər Rusiyanın Dağlıq Qarabağda qalmaq potensialı varsa, təbii ki, bunun səbəbini tapacaq, bu, Rusiyanın mövqelərinin nə qədər güclü olmasından asılıdır, politoloq sonda bildirib.

Oxunma sayı 2703
Siyasət rubrikasından digər xəbərlər