Rusiyadan Qarabağ ermənilərinə AĞIR ZƏRBƏ - GÖZLƏMİRDİLƏR...

13:28 01.07.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

1990-cı illərdən Moskvada fəaliyyət göstərən Qarabağ separatçılarının Rusiyadakı daimi nümayəndəliyi tezliklə bağlanacaq.

Hafta.az xəbər verir ki, bu məlumatı Ermənistanın “Hraparak” qəzeti yayıb.

Lakin təfərrüata varılmayıb. Qeyd edək ki, separatçıların daimi nümayəndəliyinin bağlanması ilə bağlı məlumatlar əvvəllər də erməni mətbuatında yer alsa da, hər dəfə sonradan təkzib edilib.

Bu qərarın verilməsində başlıca amil kimi Rusiyanın Azərbaycanla münasibətlərinin inkişafına maneə yaradan amilləri aradan qaldırmaq xətti tutduğu bildirilir. Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana son səfərində də əsas vurğu məhz bu tezisin üzərində qurulmuşdu.

Qeyd edək ki, hətta Kremlin baş təbliğatçısı Vladimir Solovyov da “Qarabağın xarici işlər naziri” kimi təqdim etdiyi David Babayanı proqramına dəvət etdikdən sonra rəsmi Bakıdan üzr istəyib.

Oxunma sayı 6044
Gündəm rubrikasından digər xəbərlər