Ruslara məxsus 40 vaqon havaya uçuruldu - DETALLAR

17:50 01.08.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Donanma Günü qeyd etmələri üçün St. Sankt-Peterburqda görünən Rusiya lideri Putinə Ukraynada HİMARS ilə ağır zərbə vurulub, yerli rəsmilər 40 vaqonlu qatarın sursatla partladığını bildirir.

Hafta.az bildirir ki, Krımdan yola düşərək Xersona tərəf gedən 40 vaqonlu qatarda rus əsgərləri və döyüş sursatları olub. Vaqonu izləyən Ukrayna ordusu HİMARS raketlərini atıb və qatarın vaqonlarının çoxu məhv edilib.

Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşenko Facebook hesabında paylaşdığı mesajda qatar hücumu nəticəsində 80 rus əsgərinin həlak olduğunu yazıb.

Xersondakı Brilevka stansiyasında baş verən hücumda 200-ə yaxın rus əsgərinin yaralandığı bildirilir.
Ukrayna Müdafiə Nazirliyi bu gün 80 kilometr mənzilli daha dörd HİMARS raketinin Ukraynaya çatdığını açıqlayıb.

Oxunma sayı 7609