Azərbaycan Ermənistana sentyabrın 1-nə qədər VAXT VERİB - Erməni deputat

19:30 04.08.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Ermənistandan Qarabağa Laçın dəhlizindən keçən marşrutun dəyişdirilməsinə ən çox sentyabrın 1-dək vaxt verib. Hafta.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müxalifətçi deputatı Tiqran Abramyan bildirib.

O, Ermənistan XİN-in marşrutun dəyişdiriləcəyi təqdirdə yolun rejiminin dəyişdirilməsi təhlükəsi ilə bağlı bəyanatını xatırladıb.

“Bəs niyə bu müddət ərzində Ermənistan yeni tikinti ilə bağlı məsələ qaldırmayıb? Pərdəarxası səlahiyyətlilər bu marşrutla, Laçın və bir neçə kəndin qaytarılması ilə razılaşdılar, lakin bundan irəli gələn addımları atmadılar. Yolun Ermənistana məxsus hissəsini çəkməsələr, böyük problemlər yaradacağını anlayaraq, tikməyiblər”, - deyə deputat bildirib.

Oxunma sayı 3856