İtalyan iş adamının cəmi bir ay əvvəl təhvil aldığı qiymətsiz yaxtası dəhşətli qəzanın qurbanı olub. Bədbəxt hadisəni saysız-hesabsız insan izləyərkən, hadisə dünya mətbuatında manşetlərə çevrilib.
Hafta.az xəbər verir ki, dünən İspaniyanın Formentera adası yaxınlığında 45 milyon avro və 20 milyon funt-sterlinq dəyərində tam bir yaxta yanıb.
Gəmi 62 yaşlı italyan iş adamı Paolo Scudieriyə məxsus olub.
Atasının qurduğu avtomobil hissələri istehsalı şirkətinin sahibi Paolo Scudieri Nopolidən olan tanınmış iş adamı və dörd uşaq atasıdır.
İtaliyalı iş adamının 20 milyon funt sterlinq dəyərində super yaxtası İspaniya adasında heyrətlə seyr edən turistlərin gözü qarşısında alovlanıb.
Yaxtanın beş yataq otağı, üzgüçülük hovuzu və idman zalı var idi, lakin indi onların hamısı yanıb.