Türkiyənin Azərbaycana SOM raketini verməmə səbəbi bəlli oldu - FRANSA EMBARQO QOYUBMUŞ

11:48 17.09.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə ilə Azərbaycan bu yaxınlarda SOM qanadlı raketinin satışı ilə bağlı razılığa gəliblər. Əslində, SOM-B1 qanadlı raket maketi 2018-ci ildə Azərbaycanda keçirilən parad zamanı nümayiş etdirilib. Lakin indiyədək Azərbaycan Hərbi Hava Qüvvələrinə SOM-un çatdırılması barədə məlumat açıq mənbələrdə öz əksini tapmayıb.

Hafta.az-ın yazdığına görə, bu günlərdə sözügedən raketlərin Azərbaycana verilməməsinin səbəbi ortaya çıxıb. Məlum olub ki, SOM kruiz raketi hazırda Fransanın Safran şirkəti tərəfindən istehsal olunan TR40 Turbojet mhərrikindən istifadə edir. Fransanın TR40 tədarükü ilə bağlı Türkiyəyə siyasi münasibətlərə görə çətinlik yaratdığı məlumdur. Bu kontekstdə Fransanın mühərrik embarqosu səbəbindən SOM qanadlı raketlərinin Azərbaycana ixracı indiyədək həyata keçirilməyib.

Bununla belə, "Kale Arge" tərəfindən hazırlanan və seriyalı istehsal olunaraq qısa müddət ərzində "Roketsan"a təhvil veriləcək "KTJ-3200" Turbojet mühərriki ilə həm Türkiyə Hərbi Hava Qüvvələri, həm də Azərbaycan Hərbi Hava Qüvvələri üçün SOM qanadlı raketlərinin istehsalının olacağı gözlənilir. Açıq mənbə məlumatlarına görə, hazırda SOM qanadlı raketləri üçün 400-dən çox rəsmi sifariş var.

Müdafiə Sənayesi Rəyasət Heyətinin təşəbbüsü ilə həyata keçirilən layihə ilə "Kale Arge" tərəfindən hazırlanan "KTJ-3200" Turbojet mühərriki çox yüksək nisbətdə yerli qurğularla istehsal olunur.

Həm ATMACA Gəmi Əleyhinə Raketdə, həm də SOM qanadlı raketində istifadə ediləcək mühərrik heç bir ölkənin ixrac icazəsinə tabe deyil. Bu səbəbdən ATMACA və SOM raketləri bundan sonra daha rahat ixrac oluna bilər.

Məlumat üçün qeyd edək ki, döyüş başlığının çəkisi 230 kiloqram olan SOM raketinin ümumi çəkisi təxminən 600 kiloqramdır. Raketin ümumi uzunluğu təqribən 4 metrdir və 250+ kilometr uçuş məsafəsinə malikdir. Raket “Roketsan” şirkəti tərəfindən istehsal edilir.

Oxunma sayı 7699