"Ermənistan ballistik raketlər istehsal edə bilər, SONRA ONLARI..."

19:13 19.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Sərhəddəki təxribatlara cavab olaraq Azərbaycanın hərbi əməliyyatlarından ağır zərbə alan Ermənistan daxilində hələ də "müharibədə qalib gələ bilərdik" yuxusunu görən siyasətçilər var.

Bir neçə addımla 2020-ci il müharibəsində qalib gələ bilərdik. Bunu Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.

O, Sərsəng su anbarının açılmasının Ağdərədə cəbhə xəttinin yoxa çıxmasına gətirib çıxaracağını deyib.

Baqratyan hesab edir ki, canlı qüvvə itkilərini azaltmaq üçün döyüş mövqelərində bunkerlər tikilməlidir.

“Hər əsgərin yanında 2-3 kiçik dron olmalıdır ki, o, atışmaya başlamazdan əvvəl istifadə edəcək. Ermənistanın baş naziri Nikol Paşinyan bütün bunları təmin edə bilmir”, - deyə o əlavə edib.

Onun sözlərinə görə, Ermənistan ballistik raketlər istehsal etmək və onlardan hərbi əməliyyatlar zamanı istifadə etmək imkanına malikdir.

“Ermənistan kapsul istehsalı zavodu tikib. Bütün dünyada cəmi 10-15 ölkənin belə imkanları var. Azərbaycanda belə zavod yoxdur”, - deyən sabiq baş nazir bu müəssisələrin imkanlarından istifadə etməyə çağırıb.

“Noyabrın 9-da səhifəni çevirmək imkanım yoxdur, lakin Qoris-Kapan yolunun 21 kilometrlik hissəsini Ermənistana qaytarmaq olar”, - deyə siyasətçi əlavə edib.

Oxunma sayı 9890
Siyasət rubrikasından digər xəbərlər