Putinin "QİYAMƏT PLANI" İŞƏ DÜŞDÜ

18:09 20.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın Rusiya tərəfindən ələ keçirilmiş Donetsk, Luqansk və Xerson vilayətləri Rusiyaya birləşmək üçün 23-27 sentyabr tarixlərində referendum keçirəcəklərini açıqlayıblar.

Hafta.az bildirir ki, Ukraynanın hücumu tam sürətlə davam edərkən, Rusiyanın işğalı altında olan Ukraynanın Donetsk, Luqansk və Xerson vilayətlərində ani qərar verildi.

Hər üç bölgə sentyabrın 23-27-də Rusiyaya qoşulmaq üçün referendum keçirəcəklərini açıqlayıb.

Mövzu ilə bağlı Rusiyadan ilk açıqlama xarici işlər naziri Lavrovdan gəlib. Lavrov bildirib ki, referendumla bağlı qərarın qəbul edilib-edilməməsi bölgə xalqının öz işidir.

Biz əvvəldən müdafiə edirik ki, regionda yaşayan insanlar öz müqəddəratını təyin etməlidirlər”, - Lavrov bildirib.

Lavrov ilk baxışdan Rusiyanın “Donbass xalqları öz taleyinin sahibi olmaq istəyir” deyərək referendum qərarını dəstəklədiyini bildirib.

Ukraynanın ilk bəyanatı xarici işlər naziri səviyyəsində olub. “Saxta referendumlar heç nəyi dəyişməyəcək”, - deyə Ukraynanın naziri Kuleba bildirib.

Kuleba Twitter hesabından verdiyi açıqlamada bu açıqlamaları verib:

“Rusiya Ukrayna ərazisinin bir hissəsini işğal edən təcavüzkar mövqeyindədir. Ukraynanın öz torpaqlarını azad etmək hüququ var və Rusiyanın nə deməsindən asılı olmayaraq, onları azad etməyə davam edəcək”.

Oxunma sayı 7665