Yazını böyüt
Yazını kiçilt
Oktyabrın ortalarında Zəngilanda Beynəlxalq Hava Limanının açılışı gözlənilir.
Hafta.az xəbər verir ki, bunu trend-ə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun işğaldan azad olunmuş ərazilərindəki Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov deyib.
“Oktyabrın ortalarında Zəngilan hava limanına ilk uçuşların başlanması gözlənilir", - A.İmanov bildirib.
O əlavə edib ki, açılışda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.