Dəhşətli qəzada ölən gənclər nişan üzüyü almağa gedirmiş

15:16 22.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qobustanda 5 nəfərin öldüyü yol qəzası ilə bağlı bəzi məqamlar məlum olub.

Hafta.az APA-ya istinadən xəbər verir ki, bu gün baş vermiş hadisə nəticəsində dünyasını dəyişən iki nəfər - 2000-ci il təvəllüdlü Əmrah Nuriyev və 2006-cı il təvəllüdlü Səmayə Talıbovanın yaxın günlərdə nişan mərasimi olacaqmış. Onlar Bakıya nişan üzüyü almaq üçün gedirmiş.

Həmçinin oxuyun: В Баку прошел круглый стол на тему кибербезопасности

Qəzada xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Əmrah Nuriyevin anasıdır.

Qeyd edək ki, bu gün səhər saatlarında Bakı-Şamaxı yolunun Qobustan rayonundan keçən hissəsində “Kia” markalı minik avtomobilinin sürücünün idarəetməsindən çıxaraq aşması səbəbindən 5 nəfər ölüb:

  - 1990-ci il təvəllüdlü Məhərrəm Səmədov;

- 2000-ci il təvəllüdlü Əmrah Nuriyev;

- 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova;

- 2006-ci il təvəllüdlü Səmayə Talıbova və bir azyaşlı.

Rəsmi məlumata görə, xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Oxunma sayı 747