Leysan olacaq, dolu yağacaq - XƏBƏRDARLIQ

20:03 23.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın rayonlarında mayın 24-ü gündüz, 25-də əsasən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Oxunma sayı 1498