Hər 3 rusiyalıdan 1-i “yoxsulluq dözülməzdir” deyir

09:15 25.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada xarici agent kimi elan edilən müstəqil ictimai rəy sorğusu təşkilatı “Levada” Mərkəzinin sorğusuna qatılan vətəndaşların 29 faizi içində olduqları yoxsulluğa dözməyə güclərinin olmadığını bəyan edib.

Hafta.az-ın yazdığına görə, avqustda keçirilən sorğuya qatılanların 45 faizi “Həyat çətindir, lakin dözüləndir” cavabını verib. 19 faizlik qrup “Hər şey o qədər də pis deyil, yaşamaq olar” deyə düşünür, “Hər şey əladır” deyənlərin faizi isə cəmi 6 faizdir.

Ötən il aparılan sorğuda “yoxsulluq dözülməzdir” deyənlərin nisbəti yüzdə 47-dir. Bu il nisbət 18 bənd aşağı düşmüş kimi görünür. Bununla belə, 2021-ci illə müqayisədə 12 bəndlik artım var.

“Levada” Mərkəzin analitiki Stepan Qonçarov izah edir ki, yoxsulluğun dözülməz olduğunu deyənlərin nisbətinin yüksək olması insanların sorğuya kömək çağırmaq imkanı kimi baxmasıdır.

Oxunma sayı 653