İrəvan şəhərinin ümumi yurisdiksiya məhkəməsində Ermənistanın ikinci terrorçu prezidenti Robert Köçəryanın və baş nazirin keçmiş müavini Armen Gevorqyanın cinayət işləri ilə bağlı istintaq davam edir.
Hafta.az xəbər verir ki, bu haqda “Hraparak” nəşri məlumat yayıb.
Xatırladılır ki, Robert Köçəryan və Armen Gevorqyan xüsusilə külli miqdarda rüşvət almaqda, Armen Gevorqyan da cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda ittiham olunurlar və bununla bağlı məhkəmə iclası davam etdiriləcək. Köçəryan 3 milyon, Gevorqyan isə1 milyon dollar rüşvət almaqda ittiham olunurlar.
Qeyd edək ki, Xocalı canisi, R.Köçəryanın oğlu Levon Köçəryan bu günlərdə İrəvanda Rusiyadan idarə olunan müxalifətin təşkil etdiyi mitinqlərdə polislər tərəfindən həbs edilərək 1 ay müddətinə azadlıqdan məhrum olunub.