Stalinin 5 min kilometrlik "külək pərdələri" baxımsız qalıb

11:40 15.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Vaxtilə Sovet diktatoru İosif Stalin tərəfindən təbiəti formalaşdırmaq üçün ağac əkilməsi əsasında dizayn edilmiş minlərlə kilometr külək qoruyucuları son illər baxımsız qalıb.

Hafta.az-ın “Novıe İzvestiya”ya istinadən yazdığına görə, kənd təsərrüfatı torpaqlarını külək və eroziyadan qorumaq üçün hazırlanmış “taxta pərdə” layihəsi Stalinin ölümündən sonra tərk edilib və bu günədək gəlib çatan pərdələr baxımsız qalıb.

Layihə 1946-1947-ci illərdə Sovet İttifaqının cənubundakı kənd təsərrüfatı torpaqlarını quru küləklərdən qorumaq üçün nəzərdə tutulmuşdu. Layihə çərçivəsində Sibirdən Ukraynaya qədər 5300 kilometr uzunluğunda külək pərdələrinin çəkilməsi nəzərdə tutulurdu.

Stalinin vəfat etdiyi 1953-cü ilə qədər əkilmiş ağacların ümumi sahəsi 2,3 milyon hektar idi. Stalinin ölümündən sonra layihədən imtina edilsə də, proses küləkdən qoruyucu qurğular tikilməkdə davam edirdi.

2006-cı ilə qədər bu "külək pərdələrinin" mülkiyyəti Kənd Təsərrüfatı Nazirliyinə məxsus idi. Lakin nazirlik ağacların saxlanmasını baha başa gəlib və bələdiyyələrə verib. Bu gün külək qoruyucuları bərpa olunmadığından öz taleyinə buraxılıb.

Qeyd edək ki, sözügedən küləkqoruyucu zolaqlar Azərbaycanda da salınıb və günümüzdə onların bəziləri mövcuddur. 

Oxunma sayı 541