Məktəbli qızılcadan vəfat etdi

12:13 30.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda məktəbli qızılcadan ölüb.

Hafta.az bildirir ki, bunu 195 saylı orta məktəbin direktoru Laçın Hüseyinli deyib.

Son 5 gündə 200-dən çox yoluxma olduğunu deyən direktor 3 növbəli məktəbin bir nəfər də olsa, həkimi olmadığını söyləyib.

L.Hüseyinli əlavə edib ki, iki ildir məktəb üçün tibb bacısı tələb etmələrinə baxmayaraq müvafiq addım atılmayıb./olke.az

Oxunma sayı 854