Gürcüstan azərbaycanlılarının siyasi partiyası bəyanat yayıb

12:34 11.09.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünən (sentybrın 10-da) Tiflisdə keçirilən beynəlxalq konfransda NATO nun keçmiş baş katibi Anders Foq Rasmussenin Gürcüstanın bu hərbi bloka üzv olmasına dair dediklərinə etiraz olaraq, "Gürcüstan Naminə" Siyasi Partiyasi bəyanat yayıb.

Hafta.az partiyanın sədri Fazil Əliyevə istinadən yazır ki, etiraza səbəb beynəlxalq konfransda çıxış edən Andersonun "Gürcüstan Abxaziyasız və Samaçoblosuz (Güney Osetiya) NATO-ya üzv ola bilər" deməsi və Almaniya ilə əlaqəli hadisəni misal çəkməsi olub. 

"ABŞ-ın özünü qorumaq üçün yaratdiği və bu gün də idarə etdiyi hərbi blok olan NATO-nun Gürcüstana soxulması, Gürcüstanı Əfqanıstan, İraq, keçmiş Yuqoslaviya, Liviya, Suriya, Yəmən və sair dövlətlərin gününə salmaqla anarxiyaya, vətəndaş müharibəsinə sürükləmək məqsədi güdür. Hansı ki, neçə illər keçməsinə baxmayaraq İraq, Suriya, Liviya, Ukrayna və sair kimi ölkələrdə hələ də hər gün günahsız insanlar qətlə yetirilir, xaos və özbaşınalıq hökm sürür. ABŞ-ın hərbi və ya demokratiya donu geyindirdiyi "rəngli inqilablarla" işĝal etdiyi dövlətlər bu gün də çox aĝir siyasi şəraitdə parçalanaraq hətta öz dövlətçiliyini belə itirmək təhlükəsi ilə üzləşirlər. Gürcüstan, Ukrayna, İraq, Suriya, Yuqoslaviya və sair buna canlı misaldır. Dünya xəritəsini qırmızı rəngə - qana çevirən ABŞ və NATO-dakı həmkarları növbəti qurban kimi Gürcüstanı seçməklə, sonra da Azərbaycanı, Orta Asiyanı işğal etməklə enerji tranzitini nəzarətə götürmək, Rusiya sərhədlərinə yaxınlaşaraq Moskvanı, Pekini, Tehranı raket zerbələri altinda saxlamağı düşünürlər" deyən Fazil Əliyev əlavə edib ki, dünyanın superdövlətləri olan Rusiya, Çin, İran, hətta vaxtilə onların müttəfiqləri olmuş Türkiyə NATO-nun bu hərəkətlərini cavabsız qoymayacaq.

Partiya sədrinə görə, Türkiyə NATO-dakı müttəfiqlərinin xəyanəti nəticəsində az qala dövlət çevrilişi ilə üzləşəcəkdi. "ABŞ Türkiyənin düşməni olan Fətullah Gülən kimi terrorçunu Pensilvaniyada gizlədərək, məhz onun məsləhətləri ilə terror təşkilatları yaradaraq Orta və Yaxın Şərqdə, Qafqazlarda, Ukrayna və sairdə dövlət çevrilişləri həyata keçirməklə məşğuldur. Buna görə də Türkiyə özünü NATO-dan qorumaq üçün Rusiya ilə münasibətlər quraraq havadan müdafiə kompleksləri aldı. Bu gün Türkiyənin NATO-nu tərk etmək istəyi bu hərbi bloku batan Titanik gəmisinə bənzədir" deyir partiya sədri.

F.Əliyevin bəyanatında daha sonra deyilir ki, ABŞ-ın Gürcüstana yardim etmək fikri yoxdur. Bunun acı nəticələrini isə Vaşinqtonun psevdo demokrat Saakaşvilinin zorla, qeyri-qanuni yolla dövlət çevrilişi etməklə hakimiyyətə gətirməsi zamanı bütün gürcülər başa düşdülər. "Buşun Gürcüstana gəlişi və təxribatçı "Mişanın" yaramaz siyasəti nəticəsində Gürcüstan torpaqlarının 20 faizini itirdi. ABŞ-ın yalnız bir məqsədi var: Gürcüstan ərazisində öz hərbi bazasını yaradaraq yuxarıda söylədiyim dövlətlərə qarşı millətçi siyasətini həyata keçirməklə dünyada öz hegomonluğunu qoruyub saxlasın", - bəyanatda bildirilir. 

Siyasət rubrikasından digər xəbərlər