Bugünkü Həcc Allahın istədiyi Həcc deyil - Elşad Miri

16:13 19.02.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanın nefti var, imkanı var, ona görə də 10 min ödəyib gedirik. Ora gedən insanlar bilirlər ki, kasıb getmir, hamısı imkanlı şəxslərdir. Ona görə də onların 10 min manatını almağı özlərinə halal bilirlər. Xərc təkcə bununla bitmir. Oraya gedəndə qurban kəsilir, digər qidalanma məsələləri var.

Orada qaldığınız müddəti nəzərə alsaq, görün, neçə min edir? Əslində, İslamın Həcclə bağlı anlayışı bugünkü görüşdən fərqlidir. İslamda bildirilən Həcc anlayışı Birləşmiş Millətlər Təşkilatı tərəfindən təşkil olunan, o dövlətlərin, orada yaşayan insanların, yaxud immiqrant olanların məsələlərinin müzakirə edilməsi üçün beynəlxalq konfrans yeridir. Biz isə bunu sadəcə Kəbənin ətrafında fırlanmaqdan, Səfa-Mərvə arasında gedib-gəlməkdən ibarət olan bir hala gətirmişik. Bunun yanlış olduğunu düşünürəm. Bu gün kim getmək istəyirsə, təbii ki, özü bilər, pul da, can da onundur”.

Bunu hafta.az-a ilahiyyatçı Elşad Miri bildirib:

İlahiyyatçının sözlərinə görə, bəzi iddialar var ki, insanlar Bodruma, Havay adalarına, Maldivlərə gedir, onlara səs çıxarılmır, niyə Həcc ərəfəsində səs-küy qaldırılır? “Bir şeyi unutmayaq ki, Maldivlərə gedən Allahın əmri olaraq din adı altında getmir. Həcc anlayışını isə elə ediblər ki, konkret Allahın əmri olduğu üçün gedirlər. Bu, indiyə qədər insanların demədiyi ifadədir. Bugünkü Həcc Allahın istədiyi Həcc deyil, insanların uydurduğu Həcc anlayışıdır".

Oxunma sayı 403