Pullarını bu xarici valyutada saxlayanlara BƏD XƏBƏR

16:47 10.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropa İtifaqının əsas ölkələrindən biri olan Fransada keçiriləcək növbədənkənar parlament seçkilərində avropayönlü əksəriyyət artıq təmin edilmir və bu, avronun zəifləməsinə səbəb ola bilər. Bunu DW-yə Commerzbank-ın baş iqtisadçısı Yorq Kremer deyib.

Baş iqtisadçı deyir ki, Almaniya və Fransada hakim partiyaların zəif çıxışları onların hökumətlərinin bacarıqlarının azalması deməkdir.

"İqtisadi siyasətdə daha da böyük durğunluq ola bilər" deyə xəbərdarlıq edir.

Bu amil avronun dollar qarşısında ucuzlaşması anlamına gəlir ki, artıq Avropa Parlamentinə seçkilərin nəticələri açıqlanan kimi avro dollar qarşısında nəzərəçarpacaq dərəcədə dəyər itirib.

Ləman

Oxunma sayı 1450