İtkin düşən hərbçimizin nəşi tapılıb

12:18 11.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyunun 9-da naməlum şəraitdə itkin düşmüş Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlunun nəşi bu gün səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində aşkar edilərək şəxsiyyəti müəyyən edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Hazırda faktla bağlı araşdırma aparılır", məlumatda deyilir.

Oxunma sayı 717